Yuxarı

San-Dieqoda mayın 28-i ADR-in 100 illiyi günü elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhəri mayın 28-ni “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib.

Azərbaycanın Los-Ancelosdəki Baş Konsulluğundan Axar.az-a verilən məlumata görə, bununla bağlı San-Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Sənəddə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara seçib-seçilmək hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Eyni zamanda ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Sənəddə həmçinin Azərbaycanın Los-Ancelosdəki Baş Konsulluğu vasitəsilə San-Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurduğu qeyd olunub.

Bəyannamənin sonunda mayın 28-nin San-Dieqo şəhərində “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edilib.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq ümumi daxili məhsulu olan San-Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ən böyük şəhərdir. San-Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.

Tarix
2018.05.26 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla