Yuxarı

Dəniz mövsümündə faciə yaşamaq istəmirsinizsə... – SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il istilərin tez düşməsiylə yay mövsümü də həmişəkindən tez başladı. Bununla da dəniz mövsümü start götürdü. Dəniz, günəş, isti qum - bütün bunlar istirahət üçün lazım olan əsasdır. Lakin onlardan düzgün istifadə etmədikdə faciə baş verə bilər.

Axar.az xəbər verir ki, dəniz mövsümü xüsusilə uşaqlar üçün əyləncəlidir, diqqət etmədikdə isə faciəli ola bilər. Bu səbəbdən dənizdə uşaqların və valideynlərin diqqət etməli olduqları bir çox məqam var.

FHN-nin məlumatına görə, ildə yüzə yaxın insan sularda baş verən bədbəxt hadisələrin qurbanına çevrilir ki, bunların orta hesabla 20 faizi uşaqlardır.

Mütəxəssislərin apardığı çoxsaylı təhlillər göstərir ki, dənizdə bir dəqiqə belə nəzarətsiz qalan azyaşlı boğulma riski ilə üz-üzədir. Mütəxəssislər məsləhət görür ki, çimərliyə uşaqla gələn şəxslər onu bir dəqiqə də nəzarətsiz qoymamalıdır. Uşaqlar yalnız böyüklərin müşayiəti altında çimməlidir.

Məsləhətə görə, hər valideyn uşağa 5-7 gün ərzində suyun üzərində durmağı, həmçinin üzməyin ən sadə elementlərini öyrətməlidir. Həmçinin suyun kənarında və suda davranış qaydalarını aşılamaq da zəruridir.

Mütəxəssislər bildirib ki, təhlükəsizliyi təmin edilməmiş ərazilərdə çimmək təhlükəlidir. Lakin təhlükəli hesab edilən və təhlükəsizliyi təmin edilməyən çimərliyə gedildiyi zaman çimmək üçün mütləq dibi az meyilli, çirklənməmiş, bərk, qumlu, zəif axınlı, yosunsuz və lilsiz, təhlükəsiz yer seçmək lazımdır.

Uşağa izah etmək lazımdır ki, uzaq məsafəyə üzdükdə o qüvvəsini itirməklə çətin vəziyyətə düşə bilər və geri qayıtmağa taqəti qalmaz.

Suda zarafat etməyin

Mütəxəssislər bildirib ki, uşaqlar bəzən öz yoldaşları ilə zarafat edərək üzərkən ayağından dartır, yoldaşının başını suya salır. Daim xəbərdarlıq etmək lazımdır ki, bu cür "zarafatlar" faciələrə gətirib çıxara bilər. Suda oyunlar zamanı qətiyyən yalandan kömək siqnalı vermək olmaz. Bu, ətrafdakıları əsəbiləşdirir, xidmətdə olan xilasediciləri işdən yayındırır. Ən əsası isə bədbəxt hadisəni imitasiya (təqlid) etdikdən sonra uşaq həqiqətən boğularsa, köməksiz qala bilər və bu zaman ətrafdakılar bunu növbəti imitasiya kimi qəbul edə bilər.

Dəniz döşəklərinin təhlükəsi - külək apara və çevirə bilər

Ekspertlər bildirib ki, xüsusilə uşaqlar üçün avtomobil şinlərinin kamerlərində, hava ilə doldurulmuş müxtəlif dairələr, döşəklərlə çimmək son dərəcə təhlükəlidir. Sadalanan əşyalar çox yüngül olduğundan, hətta zəif əsən külək və axın onları aparmağa və ya çevirməyə kifayət edir.

Valideynlərə görülən məsləhətlərdən biri də odur ki, üzməyi bacaran uşaqlarına suya tullanmağı və baş vurmağı qadağan etmək əvəzinə, bunu naməlum yerdə etməməyi izah etsinlər.

Mütəxəssislər bildirib ki, uşaqların qayıqda müstəqil gəzintisi qadağandır. Yuxarıda göstərilən tövsiyələrə riayət edilməsi suda bədbəxt hadisələrin qarşısını alır və həqiqətən şən istirahəti təmin edir.

Tarix
2018.05.26 / 16:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla