Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Bakıda kişi məhkəmə zalında öldü, hakim qərar çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Nəsimi rayon məhkəməsində ölüm hadisəsi qeydə alınıb.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, iyulun 5-də hakim Rəşid Səmədovun sədrliyi ilə keçən mülki məhkəmə iclasında iddiaçı - 1937-ci il təvəllüdlü Əliyev Səftər Məhərrəm oğlu məhkəmə zalında keçinib.

Mərhum qohumları - Rəna Rzayeva və onun 13 yaşlı qızı Şabanlı Nilufər Mahir qızını sahibi olduğu Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi ev 29A, mənzil 7-yə olan istifadə hüquqlarına xitam verilməsilə bağlı müraciət edibmiş. Hakim Rəşid Səmədov iddiaçının ölümündən sonra onun xeyrinə qərar çıxarıb və adıçəkilən cavabdehlərin sözügedən ünvanı tərk etmələrilə bağlı qərar qəbul edilib.

Cavabdeh Rəna Rzayeva açıqlamasında məhkəmə zalında kişinin ölümünə səbəb olacaq heç bir insidentin baş vermədiyini bildirib:

"Hər ikimiz sakitcə sözümüzü dedik. Hakim ayağa qalxıb məhkəmənin müşavirəyə gedəcəyini elan edən zaman kişi yerə yıxıldı və keçindi".

Cavabdeh Rəna Rzayeva məhkəmənin qərarından narazı qaldığını deyir:

"2015-ci ildən qaldığım ev əlimdən alınır. Bibimin evidir. Ər-arvad 1967-ci ildən orada yaşayırdılar. 2015-ci ildə bibim xəstə idi, qalmışdım yollarda. Qısası, öz evimi satıb onlara köçdüm. Çünki evi 2011-ci ildən qızımın adına vəsiyyət etmişdilər. Övladları heç vaxt olmayıb. Kişinin də heç kəsi yoxdur. Bibim 2016-cı ildə rəhmətə getdi. Həyat yoldaşı vəsiyyətdən vaz keçmək istədiyini bildirdi. Məni qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət etdi. Bütün qohumlarım ondan üz döndərdi ki, bu nə haqsız hərəkətdi edirsən, ərsiz qadını uşağıyla küçədə qoyursan. 2015-ci ildən qızımla birlikdə o evdə qeydiyyatdayam. Satdığım evin pulunu da bibimlə ərinə, yəni məni evdən çıxarmaq istəyən o kişiyə xərcləmişəm. Şikayətçi olmadığı halda işə xitam verilməlidir. İşə xitam verilməliydi. İddiaçı ölüb, şikayət edən də yoxdur. Bilirəm ki, qanun mən tərəfdədir. Qətnaməni oxudum dəhşətə gəldim".

Rəna Rzayeva artıq Nəsimi rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Tarix
2018.07.12 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dəfn zamanı qanunvericilik pozularsa... - yeni cərimələr

QHT-lər gözlərini büdcəyə dikib: Ayda 116 manatla...

Azərbaycanın Fransadakı dostları Bakıda – Foto

Bu şəxslərin təqaüdü artırıla bilər – MM-də müzakirə

5 nəfərin yanaraq öldüyü evin – Videosu

"Azəriqaz", "Azərsu" özəlləşərsə... – Millət vəkili

Əsədov məktəblilərlə görüşdü - Maarifləndirici tədbir

Yelləncəkdə boğazına kəndir dolanan uşaq boğulub öldü

Real tələbat əvvəlki ildən çoxdur - Axundova

Tarixi yanlış qeyd olunan “pryanik” satışa çıxarıldı – AQTA

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla