Yuxarı

Dəhşətli yanğın söndürüldü: ərazi nəzarət altındadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

Göyçayda baş verən yanğın “Azərenerji”nin fəaliyyətinə heç bir təsir göstərməyib.

Bu sözləri Axar.az-a Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı Göyçay rayonu Bığır və Qaraməryəm kəndlərində baş verən yanğın zamanı "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəklərinin alovlanma ehtimalından danışarkən deyib.

O bildirib ki, yanğınsöndürənlərin peşəkarlığı nəticəsində sistemin dayanıqlığında və enerji təminatında heç bir problem olmayıb.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə saytımıza açıqlamasında bildirib ki, Göyçayda enerji təchizatında fasilələr yaranmayıb və hazırda əhalinin enerji təminatı 100 faizdir. Yaxın zamanda da, işıqla bağlı hər hansı problemin olacağını düşünmürük.

Qeyd edək ki, APA-nın xəbərinə görə, Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb və "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəkləri alovdan mühafizə edilib.

***

Göyçay rayonunda biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Məlumata görə, ümumilikdə 100 hektar biçilmiş taxıl sahəsi yanıb, 900 hektar taxıl sahəsi, nar bağları, yaxınlıqdakı evlər və "Azərenerji"nin yüksək gərginlikli elektrik naqilləri alovdan mühafisə edilib.

Hava küləkli olduğu üçün hazırda yanğınsöndürənlər ərazidəki yanğın ocaqlarına nəzarət edir.

Tarix
2018.07.16 / 14:11
Müəllif
Nigar, Nərmin
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla