Yuxarı

Aşura günü: paytaxtda pulsuz qida, nəqliyyat... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura günü ilə əlaqədar bu gün şəhərin müxtəlif yerlərində ehsanlar təşkil edilib.

Axar.az xəbər verir ki, belə ehsanlar şəhər sakinlərinin şəxsi təşəbbüsü ilə həyata keçirilib.

Belə ki, bu günlə əlaqədar olaraq, bir çox xətt üzrə hərəkət edən marşrut avtobusları pulsuz xidmət göstərib. Bu barədə avtobuslarda sürücülər özləri xüsusi elanlar da yerləşdiriblər. Aşura ilə əlaqədar əhaliyə təkcə marşrut sürücüləri deyil, əksər taksi sürücüləri də pulsuz xidmət göstərib.

Bundan başqa, küçə və parklarda, məktəblərin qarşısında, bir neçə metro stansiyasının (“Nərimanov”, “Koroğlu”, “İçərişəhər”, “Gənclik” və s.) çıxış və girişlərində, bəzi ticarət obyektlərində, bəzi yeraltı keçidlərdə ehsan süfrələri açılıb.

Hətta şəhərin mərkəzində - Nizami küçəsi və “İçərişəhər” stansiyanın qarşısındakı yeraltı keçiddə ehsan süfrəsi təşkil edilib. Aşura ilə əlaqədar yoldan keçən hər kəsə müxtəlif nemətlər, su, çay paylanılıb.

Həmçinin, əksər market və mağazalarda çörək əhaliyə havayı verilib.

Tarix
2018.09.20 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla