Yuxarı

Rza Zərrab ABŞ-da dəbdəbə içində yaşayır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan, daha sonra isə Hakan Atillanın mühakimə olunduğu məhkəmənin əsas şahidi kimi çıxış edən azərbaycanlı iş adamı Rza Zərrab bu dəfə də kameraların obyektivinə tuş gəlib.

Axar.az xəbər verir ki, Zərrab Nyu Yorkun ən dəbdəbəli otellərindən birində görüntülənib.

Bir müddət öncə fotolarının çəkildiyi “Nobu” restoranının qarşısında yerləşən “Four Seasons Downtown” otelində görünən Zərrabın oteldə başqa bir adla qeydiyyatdan keçdiyi məlum olub. Otelin çıxında “Kadillak Eskalad” markalı bahalı avtomobilə minmək istərkən şəkillərinin çəkildiyini görən iş adamı dərhal otelə qayıdıb. Zərrabın yanında hər hansı bir FTB agentinin və ya cangüdənin olmaması diqqət çəkib.

Azərbaycan əsilli iş adamını otelin qapısında gözləyən avtomobili sürücü əvvəlcə yeraltı qaraja aparıb. 2 saat gözlədikdən sonra yenidən otelin qapısına gələrək əşyaları avtomobilə yükləyib. Çıxışda dayanan otel əməkdaşlarından biri “Səyahət böyük ehtimalla Hamptonsa olacaq” (2 saatlıq məsafədə yerləşən zənginlər məhəlləsi) deyib.

Tarix
2018.09.21 / 11:09
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla