Yuxarı

Bu məktəbli formasını yumaq, qurutmaq olmazmış... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Tekstil Fabriki MMC bu il məktəblilər üçün “unikal” uniforma hazırlayıb. MMC-nin hazırladığı bu məktəbli formalarını nə yumaq, nə də kimyəvi təmizləməyə vermək olar.

Axar.az xəbər verir ki, MMC bu il məktəblilər üçün hazırladığı uniformalarının üzərinə vurduğu etiket maraq doğurub. Belə ki, məktəb formalarının üzərinə vurulan etiketdə paltarlara qulluğun bir-birinə tamam zidd olan simvolları qeyd edilib.

Geyimlərin 100 faiz pambıqdan hazırlandığı qeyd edilib. Lakin bununla yanaşı, etiketə “yumaq olmaz” işarəsi də əlavə edilib. Yəni, geyimlər pambıqdan hazırlansa da, onu yumaq olmaz.

Həmçinin, MMC-nin uniformaları maşında qurutmağa da uyğun deyil.

Bundan başqa, məktəbli formasını tərkibində xlor olan ağardıcılardan istifadə ilə təmizləmək də yolverilməzdir. Ancaq etiketə həm də geyimləri kimyəvi təmizləmədə benzin, R111 kimi təmiz spirt maddələrdən istifadə edilməsinə icazə verən simvol da yerləşdirilib.

Formanın etiketindəki səhvlər bununla yekunlaşmır. Etiketdə geyimin Azərbaycan istehsalı olduğu qeyd edilib, lakin Azərbaycan sözü bütün geyimlərdə kiçik hərflə verilib – “Made in azerbaycan”.

Sosial şəbəkələrdə yayılmış foto ilə bağlı Bakı Tekstil Fabrikinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin gün ərzində etdiyimiz zənglərə BTF-dən cavab verən olmadı.

Tarix
2018.09.24 / 15:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla