Yuxarı

Rəis 450 minlə qaçmaq istədi – Polis imkan vermədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:17

Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.

Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Yüksək peşəkarlıqla və “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini Rauf Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məluumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

23 sentybarda baş verən cinayətin üstünü Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları açıb.

Sputnik-in yaydığı məlumatda qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri zamanı R.Nəbiyev oğurladığı pulların bir qismini – 30 min manatını “qara bazar”da dollara çevirdikdən sonra “28 Mall” ticarət mərkəzində yaxalanıb. İlkin dindirmə zamanı bank kreditini bağlamaq niyyətində olduğunu deyib.

O, cinayətə əvvəlcədən hazırlıq gördüyünü də gizlətməyib. Belə ki, öncədən aviabilet alıb və hadisədən sonra Azərbaycanı tərk etmək niyyətində olub. Lakin Sumqayıt hüquq-mühafizə orqanlarının əməkdaşları onun bu arzusunun reallaşmasının qarşısını ala biliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2018.09.25 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla