Yuxarı

İcra başçısı müavininin işdən çıxarılmasının təfərrüatı – Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov bu gün işdən çıxmayıb, o, artıq 2 aya yaxındır ki, Azərbaycandan qaçıb".

Bu barədə "Axar.az"a özəl mənbədən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, bu gün Binəqədi rayin icra başçısı Xaləddin İsgəndərovun öz birinci müavini Qəzənənfər Novruzovu işdən çıxardığı barədə verdiyi xəbər yeni deyil.

Qaynağın məlumatına görə, Bakı-Sumqayıt yolunun çıxacağında, Avtovağzalla üzbəüz Binəqədi rayon ərazisinə düşən hissənin abadlaşması üçün büdcədən 2 milyon vəsait ayrılıb:

"Ancaq Qəzənfər Novruzov bu vəsaiti Bakı şəhər Yaşıllaşma Təsərrüfatı Birliyinin Binəqədi şöbəsində çalışan səlahiyyətli bir şəxsin əli ilə mənimsəyib, işin üstünün açılması anında isə ölkədən qaçıb".

Yaşıllaşma Təsərrüfatı Birliyi Binəqədi şöbəsinin rəis əvəzi kimi adı hallanan həmin şəxsin mənimsəmələrə görə artıq həbs olunduğunu bildirən mənbənin sözlərinə görə, Q.Novruzovun əməlləri bununla yekinlaşmır:

"Binəqədi rayon icra başçısının Binəqədi qəsəbə nümayəndəsi başqa adam olsa da, ora Qəzənfər Novruzovun qohumu Nicat adında şəxs de-fakto rəhbərlik edirdi. Biləcəri ərazisində fərdi evlərin tikintisinə qeyri-rəsmi icazə verilməsini həyata keçirən də məhz o idi. Hazırda orda da külli miqdarda rüşvət faktının araşdırılması gedir".

Əlavə məlumat öyrənməyə çalışırıq…

Tarix
2013.12.02 / 15:24
Müəllif
Əli Pirhəsən
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla