Yuxarı

“Bakı Bus”un yenə qapısı qırıldı: səbəbi... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bakı Bus”a məxsus daha bir avtobus ön qapısı qırıq vəziyyətdə hərəkət edib. Günün pik saatlarında yaşanan bu hadisə sərnişinlərin etirazına səbəb olub. Onlar bildiriblər ki, tez-tez müşahidə olunan bu hala səbəb ön qapının bir layının daimi bağlı saxlanılması üçün edilən müdaxilədir.

Sərnişinlər bununla bağlı Bakı Bus MMC-yə dəfələrlə şikayət etmələrinə baxmayaraq, problemin həll edilmədiyini deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, məsələ araşdırıldıqdan sonra səbəbləri barədə konkret fikir söyləmək olar:

“Əvvəlcə qapının niyə o hala düşməsini araşdırmaq lazımdır. Buna səbəb texniki nasazlıq və ya sərnişinlərin avtobusa daxil olan zaman yaratdığı sıxlıq ola bilər. Səbəb nə olur-olsun, problem qısa vaxtda həll olunacaq. Bu kimi hallar marşrut xəttinin fəaliyyətinə təsir edən ciddi məsələ deyil”.

Qurum rəsmisi “Bakı Bus”un dövlət büdcəsi hesabına alınan konfortlu və rahat avtobuslarının ön qapılarının yalnız bir layının tez-tez sıradan çıxmasının səbəbi kimi avtobusa sərnişinlərin ön qapıdan daxil olmalarını göstərib. O, “Bakı Bus”a məxsus digər avtobusun bir müddət əvvəl qapısının qırılmasına da sıxlığın səbəb olduğunu xatırladıb.

Problemin səbəblərindən danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, “Bakı Bus” avtobuslarının ön qapısının bir layının daimi bağlı saxlanılmasının yaratdığı narahatlıqlar var və bunun səbəbkarı həm də sərnişinlərdir:

“Sərnişinlər ictimai nəqliyyatda davranış qaydalarına riayət etsə, nizam-intizam mədəniyyəti formalaşsa, yəqin ki, “Bakı Bus” avtobusa giriş üçün nəzərdə tutulan ön qapının bir layını bağlamaz. Davranış qaydaları hamı tərəfindən pozulur”.

Qeyd edək ki, bundan öncə də “Bakı Bus”a məxsus yeni və konfortlu avtobuslarda ön qapının məhz bağlı saxlanılan layının qırıldığı hallar müşahidə olunub. Bəziləri bunu şirkət tərəfindən avtobusa edilən kənar müdaxilənin nəticəsi olduğunu hesab edir.

“Bakı Bus” sərnişinlərin avtobusa minərkən ödənişdən yayınmasının qarşısını almaq üçün ictimai nəqliyyat vasitələrinin ön qapısının bir layını bağlayıb.

Tarix
2018.10.12 / 11:51
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla