Yuxarı

Nazirlik açıqladı: Sürüşmə davam edir - Memardan həyəcan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürüşmə sahəsindəki gərginliyə görə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında yaradılan Qərargah məlumat yayıb.

Qərərgahdan Axar.az-a bildirilib ki, 12 oktyabr 2018-ci il tarixində sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. Bu gün isə saat 07:50 radələrində sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.

“Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Qərargah tərəfindən yaradılmış növbətçilik əsasında mütəmadi müşahidələr aparılır”, - məlumatda qeyd edilib.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova Modern.az-a bildirib ki, sürüşmənin səbəbi yerin altındakı gil süxurlarına suyun hopmasıdır:

“Ümumiyyətlə, Yer kürəsində su səviyyəsi qalxdığına görə tərkibində gil təbəqəsi olan torpaqlarda sürüşmə yaşanır. Abşeron yarımadasında dənizə yaxın hissələr hamısı 7 metrlik gil süxurlarının üzərində dayanıb.

İnsanlar oradan mütləq köçürülməlidir. Üstəlik sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək. Hesab edirəm ki, Abşeron yarımadasının dənizə yaxın hissələrində təhlükə çoxdur”.

Z.Budaqovanın sözlərinə görə, keçmişdə insanlar bilirdi ki, hansı tərəfdə yaşayış olar, harada olmaz.

“Bayılda XX əsrin əvvəllərində sürgünə göndərilmiş, evsiz insanlar, Rusiyadan, başqa ölkələrdən qaçıb Azərbaycana gələnlər, həbsxanadan qaçanlar, məcburi köçkünlər evlər tikib yaşayırdılar. Orada türmələr olub, müvəqqəti məhbusları saxlayırdılar. Sonralar isə Bayılda daha da iri binalar tikdilər”.

Tarix
2018.10.13 / 17:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla