Yuxarı

Qaçqınkom sədri Toivo Klaarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü olub.

Axar.az xəbər verir ki, komitə sədri Avropa İttifaqı ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan davamlı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə Azərbaycanın mühüm əhəmiyyət verdiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Avropa dövlətlərinin təsirli iştirakının vacibliyini vurğulayan Komitə sədri münaqişə nəticəsində xalqımızın üzləşdiyi itkilər və məhrumiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, münaqişə nəticəsində 1 milyon 200 mindən çox həmvətənimiz doğma yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamağa məcbur olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalıb. Məcburi köçkünlərin pozulmuş hüquqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlar fəaliyyətini artırmalıdır.

Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ən ağır yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərlə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Eyni zamanda məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışılacağı vurğulanıb.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2018.11.08 / 14:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla