Yuxarı

Bəzi təhsil ocaqlarının lisenziyası ləğv edilə bilər - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, dövlət tərəfindən təhsil müəssisələrinə lisenziyaların verilməsindəki sadələşmələrin qanunvericilik aktlarında da öz əksini tapması müsbət haldır.

Bu sözləri Axar.az-a Nazirlər Kabineti tərəfindən təhsil qanunvericiliyinə edilən dəyişiklikləri şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son 5 il ərzində ölkədə əcnəbilər tərəfindən yaradılan təhsil müəssisələrinin sayında kəskin artım müşahidə olunur:

“Onlar tərəfindən yaradılan təhsil ocaqları dizaynı, müasir tələblərə cavab verməsi, infrastruktur və kadr potensialına görə ciddi şəkildə fərqlənir ki, bu da təhsil müəssisələri arasında rəqabətin formalaşmasına gətirib çıxarır. Lakin qüvvədə olan qanunvericilik aktlarına görə, fəaliyyət göstərən təhsil müəssisəsi 5 ildən bir yenidən mövcud proseduru keçirdi ki, bu da müəyyən qədər onların fəaliyyətində ləngimələrə gətirib çıxarırdı. Belə ki, təhsil müəssisəsi həmin ili diqqətini təhsildən yayındırıb, yalnız sənədləşmə məsələlərinə vaxt ayırdı ki, bu da tədrisdə müəyyən axsamalara səbəb olurdu. Digər tərəfdən də 5 il müddət müvafiq dövlət orqanlarına özəl təhsil müəssisələrinin fəaliyyətini yoxlamağa mane olurdu. Həyata keçirilən dəyişiklikdən sonra fəaliyyətində hansısa çatışmazlıqlar, qüsur və narazılıqlar olan özəl təhsil müəssisələrinə verilmiş lisenziyalar vaxtından əvvəl ləğv oluna bilər.

Bu dəyişiklik eyni zamanda fəaliyyəti müsbət olan təhsil ocaqlarına da geniş imkanlar açır. Belə ki, onlar daha 5 ildən bir yenidən sənədləşməyə vaxt ayırmayacaqlar”.

Ekspert ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsini əks etdirən dəyişikliyin də labüd olduğunu bildirib:

“Hesab edirəm ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Təhsil haqqında qanuna edilmiş dəyişikliyə görə, 2019-cu ildən kollec məzunları bitirdiyi ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul ola biləcəklər. Müvafiq dəyişiklik məhz ali təhsil müəssisələrinin özlərinin aşağı pillədən kadr hazırlığını formalaşdırmağa imkan verəcək. Bu, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipinin reallaşmasına xidmət edir. Qəbul edilən dəyişiklik eyni zamanda universitetlərin əlavə qazanc, maliyyə əldə etməsinə gətirib çıxaracaq ki, bu da ali təhsil müəssisələrinin infrastrukturlarının genişlənməsinə, inkişaf etməsinə səbəb olacaq”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti tərəfindən təhsil qanunvericiliyinə dəyişiklik edilib. Bu dəyişikdə təhsil müəssisələrinə lisenziyaların verilməsinin sadələşməsi və ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsi nəzərdə tutulub.

Tarix
2018.11.15 / 14:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla