Yuxarı

Bu halda deputat cinayət törətmiş olur – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatın başqasının əvəzinə səs verməsinə, etik davranış qaydasını kobud formada pozmasına görə mandatdan məhrum edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi doğru yanaşma deyil. Mövcud Konstitusiyada etik davranış qaydasının kobud pozulması və ya başqasının yerinə səs verməsinin intizam məsuliyyəti yaratması qeyd edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, başqasının yerinə səs vermə seçkinin nəticəsini saxtalaşdırmaq kimi qəbul edilməlidir və cinayət əməlidir.

“Hər iki əməli intizam yox, cinayət-hüquqi qaydada məsuliyyətə cəlb etməliyik. Cinayət Məcəlləsində xuliqanlıq maddəsində qeyd edilir ki, cəmiyyətə açıqdan-açığa hörmətsizlik etmək etik davranış qaydasının pozuntusu kimi göstərilir. Buna cinayət əməli kimi baxılmalıdır. Səsvermə nəticəsi saxtalaşdırılıbsa, prokurorluğa təqdimat verilməlidir. Biz də həmin deputatın toxunulmazlıq hüququnu aradan qaldırmalıyıq. Sonra hüquqi təqib başlamalıdır. Hakimiyyətin qanadlarının təmsilçilərini intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdıra bilmərik. Bu, hakimiyyətin bölgüsü prinsipinə, Konstitutsiyanın ruhuna ziddir. Deputat, hakim yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırıla bilərlər. Bu iki məsələ çox prinsipial məsələdir. Bu qanunları qəbul edərkən həm ölkənin imici, həm də Konstitusiyanın tələblərinə uyğun davranmalıyıq”.

Tarix
2018.11.15 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla