Yuxarı

50 milyonluq xalqın dili… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikultural cəmiyyətdə dil amili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan dilinin inkişaf tarixindan bəhs edib. O qeyd edib ki, Azərbaycanın dili müxtəlif dövrlərdə “türk dili”, “tatar dili”, “Azərbaycan türkcəsi” və nəhayət, “Azərbaycan dili” adlanıb:

“Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biri də Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin məhz “Azərbaycan dili” adlanması ilə bağlıdır. Çünki dil amili Azərbaycanın müstəqilliyinin atributudur. Milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən bu məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının Azərbaycan dili ilə bağlı son sərəncam və fərmanları bir daha onu göstərir ki, Azərbaycan dili qloballaşma şəraitində dünya dilləri arasında öz yerini tutmalıdır”.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı Azərbaycan dilinin tarixən Qafqaz və Yaxın Şərqdə xalqlar arasında ünsiyyət vasitəsi rolunu oynadığını bildirib:

“Bu gün Azərbaycan dilində 50 milyondan çox insan danışır. Azərbaycan dili dünya dillərinin içində özünəməxsus yeri olan, inkişaf etmiş və bugünkü səviyyədə siyasət, diplomatiya, elmi, ədəbi dil kimi formalaşıb. 70-ci illərdə Azərbaycan dilinin Konstitusiyaya dövlət dili statusu ilə daxil edilməsi o dövrün basqıları, qadağaları fonunda son dərəcə böyük tarixi və siyasi hadisə idi. Hər bir Azərbaycan vətəndaşı dilimizi birmənalı olaraq qorumalıdır. Milliyyətindən, etnik, dini mənsubiyyətindən asılı olmayaraq,Azərbaycan vətəndaşının dilini bilməməsi özünü cəmiyyətdən təcrid etmək deməkdir”.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, BBMM-in şöbə müdiri Yadigar Məmmədli və digərləri də çıxış ediblər.

Onlar çıxışlarında müsəlman türk dövlətlərinin Azərbaycanın keçdiyi yolu davam etdirdiyini vurğulayıblar.

Tarix
2018.11.15 / 15:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla