Yuxarı

Paşayeva tailandlı nazirlər və deputatlarla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın hökumət üzvləri - Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə naziri Anantaporn Kanjanarat, Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə daimi katibi Dr. Porametee Vimolsiri, Tailandın sabiq turizm və idman naziri xanım Kobkarn Vattanavrangkul, Tailandın Kiçik və orta sahibkarlığın inkişafı bankının prezidenti Mongkon Leelatham və parlament üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zaman Azərbaycanın tarixi, mədəniyyəti, dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında görülən işlər, əldə edilən uğurlar, ölkəmizin iqtisadi və turizm potensialı ilə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Azərbaycanla Tailand arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib. Görüş zamanı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət, təhsil, sosial və qadınların cəmiyyətdə rolunun artırılması sahəsində həyata keçirdiyi böyük və önəmli layihələr barədə geniş məlumat verən millət vəkili YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi onun beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqla bağlı gördüyü önəmli işləri də xüsusi vurğulayıb və Tailandın hökumət və parlament üzvlərini Azərbaycana dəvət edib.

Q.Paşayeva bildirib ki, ortaq layihələrlə yanaşı, Azərbaycanı Tailandda, Tailandı isə Azərbaycanda daha geniş tanıdan layihələrə böyük ehtiyac var.

Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə bağlı da geniş məlumat verib. O bildirib ki, Azərbaycan xalqı Tailandın bu məsələlərdə Azərbaycana daha çox dəstək verəcəyini gözləyir.

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tailandın hökumət və parlament üzvləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyiblər. Millət vəkili Q.Paşayeva Tailandın hökumət və parlament üzvlərinə Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tailand Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verib.

Millət vəkili Q.Paşayeva Tailandın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri və Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının sabiq prezidenti Dr. Çonçanok Viravan ilə də görüşüb və onlara Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azərbaycan-Tailand münasibətləri ilə yanaşı, Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə də bağlı geniş məlumatlar verib və onları ölkəmizə dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tailand ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri və Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının sabiq prezidenti Dr. Çonçanok Viravan Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacaqlarını deyiblər və Azərbaycanla əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər.

Görüşün sonunda Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı hədiyyələr təqdim edib. Tailandda beynəlxalq qadın tədbiri çərçivəsində keçirilən görüşlərin bəzilərində Azərbaycandan bir qrup fəal qadınlar - Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova fikir mübadilələrində fəal iştirak ediblər.

Tarix
2018.11.19 / 22:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla