Yuxarı

Goranboy qatilinin ailəsində inanılmaz faciə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Afiq Müzəffər oğlu Hüseynov özünü asaraq ölüb. Oğlunun intiharına dözə bilməyən ata - Müzəffər Hüseynov da dünyasını dəyişib. Onun ürəyi dayanıb.

Qeyd edək ki, intihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib. Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.

Cinayət işi üzrə istintaqı aparan müstəntiq Elnur Rüstəmov bildirib ki, Afiq Hüseynov oktyabrın 1-də bir ailənin 8 üzvünü qətlə yetirən şəxsin qardaşıdır. Onun sözlərinə görə, Afiq Hüseynovun intihar etdiyini görən atası Müzəffərin ürəyi dayanıb: "Bu intihar hadisəsinin qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Hazırda iş üzrə istintaq hərəkətləri aparılır".

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2014.11.03 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla