Yuxarı

Bakıda həbsxanadan “iPhone” və planşetlər tapılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 saylı cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar edilərək götürülüb.

"Axar.az" xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib.

Baxış zamanı kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "İpad" markalı planşet, 2 (iki) ədəd qulaqcıq, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 2 (iki) ədəd "Bose" markalı qulaqcıq və 1 (bir) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Bundan başqa həmin müəssisədə cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerindən isə yastığın altından ona məxsus 2 (iki) ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 (dörd) ədəd "Sim" kart aşkar edilərək götürülüb. Hazırda faktlar üzrə araşdırma aparılır.

Tarix
2013.12.06 / 12:39
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla