Yuxarı

Ehsan Zahidov “Dədə Mamed”dən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər DİN-in Baş Kadrlar İdarəsinin rəisi işləmiş Məmməd Əsgərov – Azərbaycanda "Dədə Mamed" adı ilə məşhur olan general-mayor dünən dünyasını dəyişdi.

"Axar.az"ın əməkdaşının dəfnlə bağlı rəsmilərdən açıqlama alma istəyindən sonra yazdığı "DİN-dən "Dədə Mamedə" belə münasibət gözləmirdim" məqaləsinə isə bu gün DİN Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov redaksiyanın elektron ünvanına göndərdiyi məktubla cavab verib:

Əslində, bunlar deyiləsi deyildi...

"DİN-dən Dədə Mamedə belə münasibət gözləmirdim" adlı məqaləni oxuyandan sonra müəllifin bəzi qeydlərinə, daha dəqiq desəm, Daxili İşlər Nazirliyi ilə bağlı əsassız iddialarına qısaca aydınlıq gətirmək istədim. Əvvəla onu deyim ki, dünənki bəd xəbər - daxili işlər orqanlarının veteranı, təqaüddə olan polis general-mayoru Məmməd Əsgərovun qəfil vəfatı bizim hər birimizi - DİN-in rəhbərliyindən tutmuş ta sıravi əməkdaşına qədər, - olduqca kədərləndirdi. Dərhal cənab nazirimizin göstərişilə nazir müavini Əsgər Ələkbərovun rəhbərliyilə bir sıra baş idarə və idarə rəisləri mərhumun yas yerində olaraq, dəfndə yaxından iştirak etdilər və xatirəsini həmişə əziz tutacağımız həmkarımızın məzarı üstünə xatirə əklilləri də düzdülər.

Rəhbər heyətindən əlavə, yasın ilk günü DİN-in ən azı 150 əməkdaşı da yas yerinə gedərək mərhumun ailəsinə, əzizlərinə başsağlığı verdilər.

Əslində, bunlar deyiləsi və yazılası deyildi. Amma bu yazı bizi vadar etdi ki, ictimaiyyətdə yanlış rəy yaranmaması üçün bunları açıqlayaq.

Ona görə də bir daha təkrar edirəm ki, həmin yazıda DİN-lə bağlı olan qeydlərin hec bir əsası yoxdur və ola da bilməz. Müəllifə isə məsləhət görərdim ki, isti kabinetdə oturub ora-bura zəng etməkdənsə, yas yerinə gedib reallığı özü görəydi, necə deyərlər, "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək" lazım idi.

Fürsətdən istifadə edib onu da demək istərdim ki, vaxtilə hamımızın dostu olmuş mərhumun əziz xatirəsi hər bir polis əməkdaşının qəlbində yaşayacaq və onların adından Məmməd Əsgərova Allahdan rəhmət diləyərək ailəsinə dərin hüzlə başsağlığı verirəm".

Tarix
2013.12.06 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla