Yuxarı

İngiltərə-Azərbaycan Cəmiyyətinin illik görüşü keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.

Axar.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu bildirib.

Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Cəmiyyətin həmsədri olmaqdan şərəf hissi duyduğunu ifadə edən Lord German həm qurumun bundan sonrakı fəaliyyətində, həm də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Bildirilib ki, cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurvericidir.

Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German qurumun Britaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.

Əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdıran həmsədr təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxışının sonunda Lord German cəmiyyətin fəaliyyətinə dəstək verən hər kəsə minnətdarlığını bildirib.

Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni il münasibətilə qonaqları təbrik edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran Nərgiz Paşayeva təşkilatın yeni ildə yeni uğurlar əldə edəcəyinə əminliyini bildirib. Lord German ilə birgə çalışmaqdan şad olduğunu deyən Nərgiz Paşayeva onun cəmiyyət üçün fəaliyyətini yüksək qiymətləndirib.

Professor Nərgiz Paşayeva çıxışının sonunda Britaniya və Azərbaycan xalqlarına yeni nailiyyətlər arzu edib.

Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib.

Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini söyləyib.

Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və britaniyalı arfa ustası Sali Prays Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.

Tarix
2014.12.06 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla