Yuxarı

Qəbir arvadın mülkiyyəti hesab edilə bilərmi? – Şok məhkəmə işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun məhkəmə tarixində analoqu olmayan qətnaməyə imza ataraq Mustafayev Əhliman İldırım oğlunun qəbrinin keçmiş həyat yoldaşı Aygün Mustafayevanın mülkiyyəti hesab etməsi və qəbirin Ağdaşdan çıxarılaraq Bərdəyə köçürülməsi haqqında qətnamədən verilən şikayətə Ali Məhkəmədə baxılıb.

Axar.az xəbər verir ki, ötən gün Ali Məhkəmədə hakim Əhməd Nurmmədovun sədrliyi ilə mərhum Əhliman Mustafayevin bacıları Malikə və Sevda Mustafayevlərin kassasiya şikayətinə baxılıb.

Şikayətçilərin nümayəndəsi hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, Şəki Apelyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun heç bir qanuna sığmayan qətnaməsi dünən Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov tərəfindən ləğv edilib:

"Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov Hümbət Səlimovun qanunsuz qərarını ləğv etməklə həm də yarana biləcək pis bir tendensiyanın qarşısını aldı. Şübhəsiz ki, H.Səlimovun bu qərarı qəbul edərkən subyektiv maraqlaradan çıxış etməsi heç kimdə şübhə doğurmur. Biz bu məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edərək hakim barəsində intizam icraatı başlanmasını xahiş edəcəyik".

Xatırladaq ki, Mustafayev Əhliman İldırım oğlu 2013-cü il oktyabrın 31-də avtomobil qəzasında vəfat edib. Onun meyitini müayinə olunmaq üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan kimi keçmiş həyat yoldaşı xəstəxanaya gələrək meyiti Bərdədə dəfn etmək üçün oraya aparacağını deyib. Mərhumun bacıları isə buna razı olmayıb. Meyit Ağdaş rayon Şıxlı kənd qəbiristanlığında dəfn edilib.

Həmin vaxtdan mərhumun keçmiş həyat yoldaşı Aygün Mustafayeva meyiti qəbirdən çıxararaq Bərdəyə aparmağa cəhd edib.

Ağdaşda "yox", Şəkidə "hə" dedilər

Niyyətini həyata keçirmək üçün Aygün Mustafayeva Ağdaş Rayon Məhkəməsinə müraciət edib. Əsas kimi isə ərinin şifahi vəsiyyətini göstərib. Onun sözlərinə görə, mərhum Əhliman Mustafayev öldükdən sonra anasının yanında dəfn olunmasını vəsiyyət edibmiş. Lakin bunu məhkəmədə sübut edəcək sənədi təqdim edə bilmədiyindən məhkəmə qadının iddiasını təmin etməyib.

A.Mustafayeva daha sonra Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov qətnamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edərək, qanunsuz və ağlagəlməz bir qətnamə qəbul edib: kişinin meyitini qadının şəxsi mülkiyyəti kimi qələmə verərək, onun iddiasını təmin edib.

Tarix
2014.12.10 / 15:46
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla