Yuxarı

Evindən 100 min oğurlanan direktordan yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda evi yarılan məktəb direktoru sələmçi imiş.

Axar.az-a bölgədən verilən xəbərdə belə iddia olunur. Rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mais Vəfa oğlu Kazımovun evindən 100 min manatlıq qızıl-zinət əşyaları aparılıb. Eyni zamanda, mənzildən mobil telefon, noutbukla yanaşı kredit kartları da oğurlanıb.

Mənbə iddia edir ki, bir kəndin məktəb direktorunun evində 100 min manat dəyərində qızıl-zinət əşyası, o cümlədən kredit kartlarının olması onun sələmçiliyi ilə əlaqədardır. M.Kazımovun evini qarət edən oğru da onun sələmçilik etməsindən agah olub.

Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə tutularaq istintaq orqanlarına təhvil verilib.

Tarix
2014.12.21 / 17:20
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla