Yuxarı

Toy mövsümü başladı: Komitə yoxlama aparır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məhərrəmlik başa çatır.

Axar.az xəbər verir ki, artıq sabahdan paytaxt və bölgələrdə toy mövsümü başlayır. Toy mövsümü başlamaqla ölkədə fəaliyyət göstərən restoranlarda da ciddi yoxlamalara start veriləcək.

Əldə etdiyimiz məlumata görə, sabahdan etibarən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ciddi yoxlamalara başlayır. Qəbul olunmuş qaydalara riayət etməyən restoran sahiblərini isə ciddi cəza gözləyir.

Bildirək ki, bəzi restoranlar İqtisadiyyat və Sənaye Nazirliyinin xəbərdarlığına əməl etsələr də, israfçılıq tamamilə yığışdırılmayıb. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.

Bu arada SMPDK artıq reydlərə start verib.

Dövlət Komitəsinin sədri Ramiz Həsənovun APA-ya verdiyi məlumata görə, komitə Azərbaycanın regionlarındakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlayacaq.

Komitə sədrinin sözlərinə görə, hazırda qurumun əməkdaşları tərəfindən Bakıdakı şadlıq saraylarında məhsulun keyfiyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparılır.

"Biz bunun üçün müasir standartlara uyğun səyyar maşın almışıq. Bu isə bizə nəinki Bakıdakı, hətta regionlardakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlamağa imkan verir. Bu proses mütəmadi olaraq davam etdiriləcək", - deyə R.Həsənov qeyd edib.

Tarix
2014.12.24 / 16:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla