Ana səhifə Toplum |
Dünyanın hər yerində insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyir və bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Uğur gətirən, hədiyyə verən isə Şaxta babadır. Yeni ilin simvolu olan Şaxta babanın müxtəlif xalqlarda adı da müxtəlifdir: Rusiyada Ded Moroz, Fransada Per Noel (Noel ata), Türkiyədə Noel Baba, ABŞ-da Santa Klaus və sair.
Necə adlanmasından asılı olmayaraq, Şaxta babanın bir vətəni olduğuna inanırlar: Laplandiya.
Görəsən, hər il Şaxta baba ilə bərabər, Yeni il şənliklərinin "simvoluna" çevrilən və bütün məclislərin iştirakçısı-aparıcısı-ifaçısı olan məşhurlar "həmkarlarının" rəmzi ölkəsini tanıyırmı?
Rəqasə Oksana Rəsulova:
- Açığı bilmirəm, yalan nə deyim? Düşünürəm ki, ən soyuq yer haradırsa, oradır. Təxminən Alyaska ola bilər.
Nüşabə Ələsgərli
- Laplandiya.
Ədalət Şükürov
- Deyilənə görə, Şaxta babanın vətəni Laplandiyadır. Amma əslində belə deyil. Öncə Şaxta baba Yunanıstanda yaranıb, sonra Laplandiyaya, Hollandiyaya, Amerikaya gedib çıxıb.
Səidə Dadaşova:
- Düzü, dəqiq cavab verə bilməyəcəm. Güman ki, Şaxta babanın vətəni Skandinaviya ölkələrindən biri, Finlandiyadır.
Müğənni Kərim Abbasov
- Hollandiya.
Tarix
2014.12.25 / 08:15
|
Müəllif
Nazlı Onur
|