Yuxarı

Göyçayda konyak zavodu yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18.00 radələrində Göyçay şəhərində konyak zavodunda yanğın baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən konyak zavodunda saat 18:13-də qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin 4 avtomobili və сanlı qüvvəsi yeridilib. Yanğın 18:50-də söndürülüb.

1950-сi illərdən konyak zavodu kimi işə başlamış müəssisə bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Binada elektrik olmadığından yanğının nədən başladığı aydın deyil. Buna görə də hadisənin səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 1375 kv.m olan anbarın lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.01.04 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla