Yuxarı

FHN-dən intihar hadisəsi ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də, gecə saatlarında Sabunçu rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığından 20 yaşlı gəncin özünü körpünün üstündən ataraq intihar etməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-nin açıqlamasında bildirir: Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə körpünün üzərinə çıxmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılmış, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilmişdir. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməmiş və intihar niyyətini həyata keçirmişdir. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşmüş və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 01:19-da başa çatmışdır

Tarix
2014.01.05 / 10:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla