Yuxarı

Metrodakı xəzinədarların aqibəti necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda çalışan xəzinədarlara işdən azad olunmaları barədə bildiriş verilib.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Buna baxmayaraq onların heç biri işdən azad olunmayıb: "Xəzinədarlıq ştatlarının hamısı ləğv olunub. Xəzinədarlar isə metroda artıq başqa işlərlə təmin olunub. Bunun üçün imtahan təşkil olunub. İmtahandan keçənlər müvafiq vəzifələrə işə qəbul olunublar. İmtahanı uğursuz başa vuranlar üçün metro daxilində yeni işlər təklif edilib".

Ümumilikdə, "Bakı Metropoliteni" QSC-də 200-dən artıq xəzinədarın olduğunu deyən N.Paşayev bildirişlərin onlara Əmək Məcəlləsinə uyğun olaraq verildiyini qeyd edib: "İşçi işdən azad olunmazdan iki ay əvvəl ona bildiriş verilir. Onlara bildiriş verilib, amma işdən azad edilməyiblər. Metropoliten rəhbərliyi əməkdaşlarını işsiz qoymamaq üçün gələcəkdə qurum daxilində yeni vakansiyalar açıldıqda həmin iş yerlərini onlara təklif etmək niyyətindədir".

Qeyd edək ki, "Bakıkart" sisteminə keçidlə əlaqədar oktyabr ayının 1-dən etibarən metroda xəzinədar ştatı ləğv olunub.

Tarix
2015.11.03 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla