Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


2 mindən çox müəllimin maaşı artacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimlərin 63%-i yüksək nəticə göstərib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb. Qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib:

"Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Təqdirəlayiq haldır ki, Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub".

Qeyd edək ki, Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 29-dan 31-dək keçirilib. İmtahana təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2400-dən çox müəllim iştirak edib. Bu ilin sonuna qədər respublikanın daha 12 şəhər və rayonunda diaqnostik qiymətləndirmə keçiriləcək. Növbəti ildən isə qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq.

Tarix
2015.11.05 / 12:48
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu məmurlara xidməti maşın veriləcək

Bu mağazada istifadə olunmuş paltarlar satılır

“Kinder” şokoladları təhlükəlidir - Ekspert

Xəzərdə bir gündə 3-cü zəlzələ baş verdi - Yeniləndi

Bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Şad xəbər: Bu şosedə hərəkət bərpa edilir

Azərbaycanın bu rayonlarına qar yağdı - Foto

Azərbaycanda nə qədər erməni yaşayır?

Vaxtı qabaqlayan bukmeker - Yatırımdan uduşa

Əflatun Amaşov dövlətdən 1 milyon istədi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla