Yuxarı

Fərhad Əliyevin əmisi nəvəsi qəzada öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:25

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu, Ələt-Astara yolunun 141-ci kilometrliyində "Toyota" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Zaur Alxan oğlu Əliyevin idarə etdiyi "Prado" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbə nəticəsində sürücünün yanında olan qardaşı, 1975-ci il təvəllüdlü Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından təcili yardım maşınında Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Virtualaz.org-un məlumatına görə, qəzaya düşən şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir. Qəzada həyatını itirən Ziyad Əliyev Alar kəndində fermer təsərrüfatının sahibi olub. Onun qardaşı Zaur Əliyev isə Bakı şəhərində yaşayır və kiçik bizneslə məşğul olur.

Tarix
2015.11.06 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla