Yuxarı

Bacısının nişanlısını öldürənin işində - Müəmma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisədən əvvəl nişanlım mənə zəng elədi. Onunla mobil telefonda danışarkən qardaşım Elvin məndən su istədi. Telefonla danışdığımı görəndə üstümə qışqırdı. Bu zaman Habil soruşdu ki, "üstünə qışqıran kimdir?!" Hadisənin necə baş verdiyindənsə xəbərim yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Bakı sakini Elşanə Cavadova nişanlısı Habil Abdullayevin qətlə yetirilməsi haqda məhkəmədə verdiyi ifadəsində deyib.

Elşanənin qardaşı Elvin Cavadov bacısının nişanlısı Habili öldürüb.

"Report.az" yazıb ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Mərhum 1991-ci il təvəllüdlüdür. Təqsirləndirilən şəxs isə 1993-cü ildə anadan olub.

Elvin Cavadov ifadəsində H.Abdullayevi öldürmək niyyətində olmadığını deyib: "Habillə mübahisə edəndən sonra onların evinə gedirdim. Habildən atasına şikayət edəcəkdim.

Lakin yolda mənə zəng gəldi ki, Habilin vəziyyəti yaxşı deyil. Sonra atamla telefonla danışarkən bildim ki, Habil ölüb.

Yoldan geri qayıdıb, polis bölməsinə getdim. Bölmədə onunla mübahisə etdiyim haqda danışdım. Məni polis bölməsində saxladılar. Lakin mən Habili bıçaqla vurmamışam. Onun dilində pəltəklik var idi. Mübahisə edərkən ucu iti alətlə Habili itələdim. Bundan sonra onun dili qatlandı. Habili öldürmək niyyətim olmayıb".

Qeyd edək ki, hadisə bu ilin fevralında Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib.

İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, gələcək qayınatası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib.

Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub. Ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib.

O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Tarix
2015.11.07 / 14:09
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla