Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2017


Azərbaycanlı vəhabidən inanılmaz fikirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biri qısa yubka geyirsə, sən ona deyə bilərsən ki, niyə belə geyinmisən?"

"Əbdül Vahab sıradan bir sələfi alimidir"

Cəmiyyətdə vəhabi kimi tanınan, amma özlərini sələfi hesab edən təriqətin nümayəndələrinə münasibət birmənalı deyil. Kimi onların xarici görünüşündən təşviş keçirir, kimi isə onların bütün məsələlərə sərt yanaşmasından gileylənir. Bəs onlar özləri bütün bunlar haqda nə düşünür?

"Vəhabi məscidi" kimi tanınan Əbu Bəkr məscidinin yerləşdiyi ərazidə yaşayan sələfi təriqətinin daşıyıcısı Oğuzla ilk tanışılığımız səmimi ortamda baş tutdu. Hündür boylu, qarabəniz, zahirən "qorxulu" təsir bağışlamayan, balağı da saqqalı kimi qısa olan Oğuzun otuz yaşı var. Hazırda heç yerdə işləməsə də, özünü "müvəqqəti" dolandıra bilir.

Bizim təriqət sırf Əbdül Vahaba da bağlı deyil

  • Oğuz, səni sələfilikdə cəlb edən nə oldu? Hansı xüsusiyyət səni məhz bu təriqəti seçməyə vadar etdi?
  • Bu barədə xüsusi bir fikrim olmayıb ki, mütləq sələfi olmalıyam. Sadəcə, namaz qılmağa başlamışam və namazı sələfi namazı kimi öyrənmişəm. Əvvəlcə bu təriqətlə bağlı bir balaca araşdırma aparmışam, sonra da bu yol ürəyimə yatıb.
  • Bəs nə üçün sizi sələfi yox, məhz vəhabi adlandırırlar?
  • Heç vaxt özümüzü vəhabi kimi qələmə vermirik. Biz özümüzü sələf hesab edirik. Çünki "vəhabi" anlayışı heç bir nəzəriyyəyə əsaslanmır. Kim bizə vəhabi deyir, özü bilər.
  • Amma "vəhabi" sözünü çoxları sələfi alimi olan Məhəmməd ibn Əbdül Vahab ət-Təmiminin adı ilə bağlayırlar...
  • Düzdür, bəzən deyirlər ki, bizə Əbdül Vahaba görə "vəhabi" deyirlər. Amma əslində onun əsl adı heç Əbdül Vahab da deyil. Bu onun atasının adıdır. Öz adı Məhəmməd olub. Halbuki bizim təriqət sırf Əbdül Vahaba bağlı deyil. O, sıradan sələfi alimi, ibadət eləyən biri olub. Sadəcə, camaatı haqqa çağırıb, dövründə də şirk geniş yayılıb, o da şirkə qarşı kəskin kitablar yazıb.
  • Bəs niyə cəmiyyətdə sələfilərə münasibət birmənalı deyil? Bunun haqda düşünmüsənmi?
  • Əslində, ibadət edən adamın fikri yalnız özündə olmalıdır. Kiminsə hansısa fikri önəm daşımır.
  • Bəs ola bilərmi, bu münasibət zahiri görünüşlə - səliqəli olmayan uzun saqqal, qısa balaqla bağlı olsun?
  • Demokratiyadı, kim necə istəsə, geyinə bilər. Biri qısa yubka geyir, sən ona deyə bilərsən ki, niyə belə geymisən? Yəni, bu hər kəsin şəxsi məsələsidir. Məsələn, mən saqqal saxlamıram. Kimsə mənə gəlib deməyib ki, niyə saqqal saxlamırsan? Həm də mənim gündəlik həyat tərzimlə əlaqədar saqqal saxlamaq alınmır. Ümumiyyətlə saqqal saxlamaqla bağlı Quranda ayə olmasa da, bu haqda kifayət qədər tutarlı hədislər var. Əgər imkan varsa, hər bir müsəlman saqqal saxlamalıdır. Bunu mən yox, Hz. Peyğəmbər deyib.

O sözü deyən adam böyük xəta etmiş olur

  • Bəziləri isə deyir ki, özümüzü xoşagəlməz görünüşə salırıq ki, qadınlar bizə baxıb ehtiraslanmasınlar...
  • O sözü deyən adam böyük xəta etmiş olur. Saqqalı hansısa məqsədə görə yox, Allaha görə saxlamaq lazımdı.
  • Bəs sənin sələfi olduğuna görə yaxınların arasında haçansa hər hansı problem olubmu?
  • Bəli, əvvəllər olub. İndisə belə bir problem yoxdu. Əvvəllər mənə deyirdilər ki, o təriqətin nümayəndələrinə qoşulma, "Əbu Bəkr"ə getmə, orda vəhabilər olur... Məncə, bu sırf məlumatsızlıqdan irəli gəlir.

Onlar azmış firqədirlər

  • Deyilənə görə, sələfilərin başqa təriqətlərə, əsasən şiələrə münasibəti kəskindir. Hətta bəzi sələfilər şiələrin namaz qıldığı möhürü büt hesab edir...
  • Bəzi sələfilərin şiəlikdə möhürün büt hesab etməsi ilə razılaşmıram. Möhürə kim büt kimi yanaşırsa, o adam savadsızdı. Məsələ möhürdə və yaxud əli açıq namaz qılmaqda deyil. Möhür o vaxt büt olar ki, məsələn, kimsə möhürdən kömək istəsin. Mənim isə şiəliyə münasibətim normaldı.
  • Sələfilərin iki yerə ayrılmasıyla bağlı məlumat var: sələfi və xəvaric. Doğrudurmu?
  • Əgər təkfirçiləri deyirsənsə, onlar heç bizi də qəbul etmirlər. Təkfirçilər azmış bir firqədilər. Əhli-sünnə adını batırırlar. "Təkfir" sözü hamını, yəni namaz qılmayanı kafir adlandıranlara deyilir.
  • Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanının hər il ayırdığı külli miqdarda vəsaitdən Əbu Bəkr məscidinin icmasına da çatır və sələfilərə yardımlar edilir, hətta saqqal saxlamağa görə pul da alırlar...
  • Bu fikirlər heç nəyə əsaslanmır. Vicdanı olan insan saqqalı pula görə yox, Allah rizası üçün saxlayar. Pula görə saqqal saxlayan vicdansızın biridir.

Mən heç vaxt gedib orada vuruşmaram

  • Misirdə, Suriyada rejimlərə qarşı vuruşan azərbaycanlı sələfilərlə bağlı məlumatlar var. Bu yaxınlarda hətta onlar Azərbaycandakı sələfilərə video-müraciətlər də yayıblar. Orda vuruşan sələfilərdən tanışların varmı?
  • Yox, mənim tanıdığım sələfilərdən orda vuruşan yoxdu. Ümumiyyətlə, bu məsələyə mənim münasibətim yaxşı deyil. Mən heç vaxt gedib orada vuruşmaram.
  • Sələfilərin pirlərə və ziyarətgahlara münasibəti xoş deyil. Sələfilər pirlərə, ziyarətgahlara gedirmi?
  • Pirə getmək problem deyil. Get ziyarətini elə, namazını qıl. Hz. Peyğəmbər də qəbirləri ziyarət edib. Ancaq sən gedib o qəbirlərdən nəsə istəyəcəksənsə, bu artıq küfrdü. Əgər kiminsə qəbrinə gedib desən ki, ey filankəs, mənə kömək ol, sən artıq bunda şirk etmiş olursan. Çünki o adam heç öz ixtiyarında deyil. Hansısa alimi vasitə edib, məsələn, ey Allahım, filankəsə görə mənə kömək ol, biz buna bidət kimi baxırıq. Elə olsaydı, biz elə birinci Peyğəmbəri vasitə götürərdik.
  • Əbu Bəkr məscidinin qapalı olması necə, səni narahat edirmi?
  • Əlbəttə, hər bir müsəlmanı istənilən məscidin bağlanması narahat edir.

Bin Laden bizi gözdən saldı

  • Dünyada məşhur sələfi, terrorçu kimi tanınan Əl Qaidə lideri Üsamə Bin Ladenə münasibətin necədi?
  • Bin Ladenin terror hərəkətləri həm dinə, həm də təriqətə ziddi: Onun etdikləri təriqəti gözdən saldı. Dinc əhalini dayandığı yerdə öldürmək heç nəyə əsaslanmır.
  • Sonda bir şeyi soruşmaq istərdim. Bir dindar kimi sən istəyərdinmi yaşadığın cəmiyyət dini qayda-qanunlarla idarə olunsun?
  • Yox, istəməzdim. Mənim üçün dünyəvi cəmiyyət daha rahatdı. Dini cəmiyyətdə olsaq, mən etdiyim hansısa xətaya görə gərək xeyli cəza alaram. Hansısa dövlətin dini qanunlarla idarə olunması cəmiyyətə xeyir verməz.
Tarix
2013.10.12 / 05:27
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakıdan Kiyevə avtobus reysi açılır

Qaçan məhbusların tutulması üçün xüsusi postlar quruldu

Havanın temperaturu yenə qalxır - Proqnoz

3 meksikalı deputat Azərbaycan qanunlarını pozdu

Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu – Rəsmi

“Azəravtoyol” yollarda sürüşməni aktivləşdirir? – Cavab

"Tərtərin Fitnəsi" türk mediasında - Video

Bakı CNN-in aparıcısını qara siyahıya salır

Azərbaycana metadon məhlulu keçirmək istəyən şəxs tutuldu

Bu xidmət sahəsi istirahətsiz çalışacaq

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla