Yuxarı

Bakıda 6 dərəcə şaxta olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Tarix
2016.01.02 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla