Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


“Azərsell” rəhbəri tələbələrlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən "Azərsell" Telekom bu sahədə fəaliyyətini davam etdirir. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib.

Axar.az xəbər verir ki, yanvarın 12-də "Azərsell" şirkətinin prezidenti Vahid Mürsəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. Vahid Mürsəliyev qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çox tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə "Azərsell"in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu 24 tələbə ali təhsil müddətinin sonunadək "Azərsell" şirkəti tərəfindən hər təhsil ayı üçün 200 AZN məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Belə ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də "Azərsell"in fəxri təqaüdçüləri adına layiq görüldülər.

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr "Azərsell" şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. "Azərsell" Telekom MMC-nin Dayanıqlılıq strategiyası çərçivəsində keçirilən bu layihə, şirkətin korporativ sosial məsuliyyət fəaliyyətini gücləndirir və cəmiyyətimizin rifahının yüksəlməsinə daha çox töhfə vermiş olur.

Azərbaycanın lider mobil operatoru "Azərsell" Telekom bundan sonra da gənc kardrların inkişafına yönəlmiş müxtəlif layihələrə dəstək olacaq.

Tarix
2016.01.13 / 16:55
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu məmurlara xidməti maşın veriləcək

Bu mağazada istifadə olunmuş paltarlar satılır

“Kinder” şokoladları təhlükəlidir - Ekspert

Xəzərdə bir gündə 3-cü zəlzələ baş verdi - Yeniləndi

Bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Şad xəbər: Bu şosedə hərəkət bərpa edilir

Azərbaycanın bu rayonlarına qar yağdı - Foto

Azərbaycanda nə qədər erməni yaşayır?

Vaxtı qabaqlayan bukmeker - Yatırımdan uduşa

Əflatun Amaşov dövlətdən 1 milyon istədi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla