Yuxarı

FHN "Günəşli" ilə bağlı məlumat yaydı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Günəşli" yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

Qaz quyusunda yanğının söndürülməsinin videogörüntüsünü təqdim edirik:

Tarix
2016.01.15 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla