Yuxarı

Hacı Qamət şiə alimin edamına haqq qazandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kəs haqsız yerə öldürülmür.

Bunu Axar.az-a Əbu Bəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanov Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən edam olunan şiə alimi Nimr Baqir ən-Nimr barəsində deyib.

Sələfi liderinin sözlərinə görə, şeyx Nimrin istintaqı gedib, məhkəməsi olub və hökm oxunub:

"Yəni, istintaq və məhkəmə olmadan mühakimə edilməyib. Üstəlik, onunla birlikdə mühakimə olunan terrorçular da edam edilib. Sadəcə, Nimrin edamı siyasiləşdirilir".

Hacı Qamətin fikrincə, hər bir cinayət törətmiş şəxs siyasi mövqeyinə və statusuna baxmadan, qanun qarşısında bərabərdir:

"İnanmıram ki, günahsız bir adam olub. Məsələni kontekstdən çıxarıb siyasi müstəviyə çəkiblər. Bu məntiqlə İranda sünni alimlər edam olunub və biz səsimizi çıxarmamışıq. Halbuki, İranda əhalinin 35 faizi sünnidir. Nimrin edamına siyasi don geyindirməyə çalışırlar. Onunla birlikdə edam olunanlar var və bu, ölkədə əmin-amanlığın qorunması üçün atılan addımdır".

Q.Süleymanov cinayət törətmiş şəxsin hansı şəkildə cəzalandırılmasına da münasibət bildirib: "Əgər həmin ölkə şəriət qanunları ilə idarə olunursa, ona uyğun mühakimə olunmalıdır. Ölkədə dünyəvi idarəçilik varsa, qanunvericilikdə nəzərdə tutulan maddələr üzrə işinə baxılmalıdır".

Qeyd edək ki, şeyx Nimrin edamına görə İranla Səudiyyə arasında münasibətlər son həddə qədər gərginləşib.

Tarix
2016.01.16 / 09:27
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla