Sabah Bakıda intensiv yağış, rayonlarda qar
yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də buludlu hava
şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı,
bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb
küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə
3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 765 mm
civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil
edəcək.
Azərbaycanın rayonlarında isə yanvarın 24-də hava şəraitinin
arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə
intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə
şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.