Yuxarı

Qalmaqallı idmançı mühafizəçini döydü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin mayında paytaxtın karaoke klublarından birində qızları döyən idmançı növbəti dəfə gündəmə gəlib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, idmançı İsa Əzizov bu dəfə yanacaqdoldurma məntəqəsinin işçisini döyüb. Məlumatda hadisənin yanvarın 24-dən 25-nə keçən gecə, saat 04:00-da şəhərin köhnə "Spartak" meydançası adlanan ərazisində yerləşən "Azpetrol"da baş verdiyi iddia edilir.

İ.Əzizov 90 HN 999 nömrə nişanlı "Bentli" markalı avtomobildə yanacaq doldurmaq üçün gəlib. Ondan yanacağın pulu istəniləndə operatora 100 manat verdiyini deyib və qalıq pulu tələb edib. Mühafizəçi ona yaxınlaşaraq gözləməsini, pulun həqiqətən işçiyə verilib-verilmədiyini məntəqə işçisindən dəqiqləşdirib, belə olarsa, qalıq pulun qaytarılacağını söyləyib. Bu sözdən qəzəblənən idmançı maşından düşərək mühafizəçiyə hücum çəkib. O, mühafizəçini təhqir edərək vaxtını almaqda günahlandırıb və mühafizəçini döyüb.

Ardınca "Prado" markalı avtomobildən üç idmançı da düşərək, yanacaqdoldurma məntəqəsində işləyənlərlə əlbəyaxa olublar.

Xəbərdə iddia olunur ki, avtomobildə onlarla birlikdə xanımlar da olub və işçiləri döyməmək üçün yalvarıblar. Gənclər isə onlarla birgə olan və davanın dayanmasını istəyən qızları da döyərək maşına oturdublar.
İ.Əzizov ilə dostları ərazidən uzaqlaşdıqdan sonra onlardan biri hadisə yerində qalıb və üzr istəyib. O, İsanın içkili olduğunu və dostları ilə mərcləşdiyini söyləyib. Belə ki, İsa qabaqcadan dostları ilə benzin vurandan sonra pulunu ödəməyəcəyi barədə mərcə giribmiş. Həmin şəxs işçilərdən xahiş edib ki, baş verən hadisəni unutsunlar; o vəd edib ki, ertəsi gün bütün xərclər, onlara dəyən maddi və mənəvi ziyan hamısı ödəniləcək. Bundan sonra o, "Prado"ya minərək gedib. Mühafizəçi təhlükəsizlik kamerasının yaddaşına baxdıqdan sonra İsanın işçiyə yanacaq pulunu vermədiyi aydınlaşıb. Daha sonra hadisə yerinə polis və təcili tibbi yardım gəlib. İşçilərin və mühafizəçinin xəsarət aldığı qeyd olunur.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildirildi ki, ötən gün gecə saatlarında Tiflis prospekti-32 ünvanında yerləşən yanacaqdoldurma məntələrindən birində əlbəayaq dava düşüb.

Ərazidə fəaliyyət göstərən "Azpetrol"da müştəri ilə mühafizəçi arasında mübahisə yaranıb. Hadisəyə yanacaqdoldurma məntəqəsinin digər əməkdaşlarının müdaxilə etməsi onlardan bir neçəsinin xəsarət alması ilə nəticələnib. İlkin məlumata görə, insidentə səbəb mühafizəçinin nəzakətsiz davranması olub. Faktla bağlı araşdırma aparılır.

Mühafizəçi, 1988-ci il təvəllüdlü Sadiq Bağırovun xəsarətinin ciddi olmadığı da Bakı şəhər BPİ-nin məlumatında əksini tapıb.

Xatırladaq ki, İ.Əzizovun adı keçən ilin mayında Bakının "Famous" klubunda prodüsser Diana Babayeva və rəfiqəsi Elvina Əliyevaya hücum çəkməsi ilə mediada hallanmışdı. İ.Əzizovun onunla ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək, E.Əliyevanı döydüyü, sonra isə "Qalendevagen" markalı maşına qoyaraq aparmaq istədiyi iddia edilmişdi. İsanın bu avtomobili də 90 HN 999 nömrə nişanlı olub. O zaman idmançının barəsində xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanmışdı.

Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov isə açıqlamasında Əzizovun kikboksçu olmasını təkzib etmişdi.

Tarix
2016.01.26 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla