Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Bu gün Səfər Əbiyevin oğlunun toyudur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev bu gün oğluna toy edəcək.

Keçmiş nazirin oğlunun toy mərasimi bu gün "Buta Palace"da keçiriləcək.

Gəlinin ailəsinə gəlincə, keçmiş nazirin gəlini qubalıdır. O, Quba avtovağzalının keçmiş müdirinin nəvəsidir.

Bəzi məlumatlara görə isə keçmiş nazir oğlunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyster Xidmətinin Quba rayon şöbəsinin müdürünün qızı ilə evləndirir.

AzNews.az-a daxil olan məlumata görə, toy mərasimində yüksək rütbəli məmurların iştirakı gözlənilmir.

S.Əbiyevin nazir postundan uzaqlaşdırılması və bundan sonra barəsində bir çox məlumatların yayılması, yeni vəzifəyə təyin ounmaması, eləcə də əvvəllər rəhbərlik etdiyi nazirlikdə yüksək postlar tutan şəxslərin də vəzifələrini itirməsi toyda iştirak edəcək qonaqların sayını azaldacaq.

Hətta S.Əbiyevin vəzifəyə təyin etdiyi və yeni nazirin sərəncamları ilə vəzifədən azad edilən generalların da keçmiş nazirin oğlunun toyuna qatılmayacağı bildirilir. Bu isə həmin şəxslərin onlara yenidən hansısa postun etibar edilməsi ilə bağlı gözləntiləridir.

Bütün bunları nəzərə alan S.Əbiyevin Vergilər Nazirliyində çalışan ikinci oğlunun toy mərasimini təxirə salmağı planlaşdırdığı deyilir. Lakin bunun daha artıq ajiotaj yaradacağını düşünən keçmiş nazir bu fikrindən vaz keçib.

Tarix
2013.11.03 / 17:53
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Gecə zəhərlənən gəlin xəstəxanadan toyuna getdi

Metropoliten Yeni ilə hazırlaşır: sürpriz olacaq - Foto

Dələduz “polkovnik” həbs edildi

Röyanın keçmiş ortağına hökm oxundu

Məktəblilər fövqəladə hallara hazırlaşdırılır - Foto

Hüseyn Bağırov 5 işçiyə mükafat verdi - Foto

Bu marşrutların hərəkət xətti dəyişdi

Müdafiə nazirinin müavini: Həsənquliyevə zəng etdim...

Pensiyalar nə qədər artır? - Rəsmi

Millət vəkili fələstinli nazirlə görüşdə tənqidlər səsləndirdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla