Ana səhifə Digər Yarış |
Avropa Oyunlarında Azərbaycana növbəti qızıl medalı
qazandıran Yunan-Roma üzrə 71 kq-da mübarizə aparan idmançımız
Rəsul Çunayev sevincini mətbuatla bölüşüb.
Axar.az xəbər verir ki, idmançımız vətənində qızıl medalı kimsəyə
verməmək üçün var gücü ilə güləşdiyini bildirib:
"Finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə
qarşılaşıbmışdıq, 2 dəfə mən qalib gəlmişdim, 2 dəfə də o. O, ötən
dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal
aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim,
nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək
fikrində deyildim və buna da nail oldum.
İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar
arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan
sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Onunla da indiyədək
4 dəfə qarşılaşmışdıq. Onun üzərində də qələbə qazandım.
Yarımfinalda isə bolqar idmançısına asanlıqla qələbə qazandım.
Finalda da qalib gəldim. Dediyim kimi xəstə idim. Bu səbəbdən
birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki,
8:0 olmalıdır. Hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə
çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək
vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum.
Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda
isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq
qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi
medal gətirirəm. Bu qələbəni bunda əməyi olan bütün insanlara,
başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr edirəm. Başda
cənab prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır.
Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl
medalı ölkəmizə qazandırdım"
Tarix
2015.06.13 / 22:00
|
Müəllif
Axar.az
|