Yuxarı

Nazir müavini: “Gördük, mobil operatorlar vətəndaşlarımızı aldadır...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azvision.az" saytında oxucuların suallarını cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub.

Axar.az xəbər verir ki, nazir müavini bir neçə il öncə mobil operatorların birinin kontur, digərinin manatla işlədiyi zaman abonentlərin aldadıldığını üzə çıxardıqlarını etiraf edib:

"Bir neçə il əvvələ qədər operatorların biri konturla, digəri isə manatla fəaliyyət göstərirdi. Araşdırdıq ki, vətəndaşlarımız nəticədə necə aldadılır. Yəni insanlar bilmir neçə kontur alır, neçə kontur satılır. Qarışıqlıqdan nə qədər kontur və ya pul yüklədiyini bilmirdi. Birində konturun biri 1 manat idi, digərində isə 100-ü bir manat. Tək vətəndaşlar deyil, iqtisadçılar belə hesablayıb nəticəni ortaya çıxara bilmirdilər. Ona görə də biz operatorları məcbur etdik ki, bunu sadələşdirsinlər. Vətəndaş dəqiq xərcini bilməlidir. Bazara 3-cü mobil operatoru daxil etdik. Onlara əlavə lisenziyalar verdik.

Onu demək istəyirəm ki, həm operatorlara şərait yaratdıq, əlavə tezliklər verdik, həm də onları yaxşı mənada məcbur etdik ki, regionlara gedin, ölkəni tam əhatə edin, insanlara şəffaf xidmət göstərin".

İltimas Məmmədov hətta bir vətəndaşın müraciətinin operatorun sistemində dəyişiklik etmək üçün kifayət etdiyini də bildirib:

"Bəzi hallarda bir vətəndaşın müraciəti əsas verir ki, operatorun sistemində dəyişiklik aparılsın və ya operatorların hamısı ilə müzakirə edilsin ki, bu hal digərlərində olmasın. Əgər belə konkret narahatedici faktlar varsa, biz vətəndaşla birlikdə operatorun nümayəndələrilə müzakirə edib, ədalətli qərar qəbul etməyə hazırıq".

Bəzi hallarda kontur satılarkən üstündə əlavə 10-20 qəpik alınması məsələsinə münasibət bildirən nazir müavini bunu möhtəkirlik adlandırıb:

"Əslində mobil operatorlar o kartları satanlar əlavə pul almasın deyə, karta görə onsuz da pul ödəyir. Yəni kartı satan, kartın dəyəri 5 manatdırsa, yalnız 5 manatı vətəndaşdan almalıdır. Bu məsələni mən gərək mobil operatorların qarşısında qaldırım ki, onlar özləri reydlər təşkil etsin".

Daha sonra internet və mobil rabitə xidmətlərinin keyfiyyətinə və qiymətinə toxunan nazir müavini qiymətlərin ciddi şəkildə ucuzlaşacağını da əsaslandırıb.

Tarix
2014.08.12 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla