Yuxarı

Ən nüfuzlu muzey direktoru Bakıya gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən nüfuzlu muzey direktoru Bakıya gəlir

Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rot Bakı şəhərinə səfər edəcək.

Axar.az xəbər verir ki, professor Martin Rot Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində ölkəmizə dəvət edilib. Martin Rot və onu müşayiət edən köməkçisi Yekaterina Taşeva bu ilin 8-10 aprel tarixində Azərbaycanda səfərdə olacaq. Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.

Qeyd edək ki, professor Martin Rot 9 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.

Tarix
2015.04.08 / 11:15
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla