Yuxarı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.

Müğənni ifadəsində bildirib ki, təqsirləndiriləni Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov onun işi üzrə ifadə verərək guya əlillik dərəcəsinin düzəldilməsi üçün ondan pul alındığını iddia ediblər. Dəniz Əsədova qeyd edib ki, həmin məbləği əslində Mehparə Kazımova alıb və o, Məhərrəm Məhərrəmovu tanımayıb. Müğənni əlavə edib ki, Məhərrəm Məhərrəmovun əlillik dərəcələrinin düzəldilməsi ilə məşğul olması barədə məlumatı yoxdur.

İfadələr arasında ziddiyyət yarandığı üçün Dəniz Əsədovanın ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan edilib. O, istintaqdakı ifadəsində əlillik dərəcəsinin düzəldilməsi üçün alınan pulları Rauf İsfəndiyarova çatdırdığını bildirib. Lakin məhkəmə iclasında Dəniz Əsədova ilkin ifadəsini dəyişərək həmin məbləği borc kimi verdiyini deyib.

Məhkəmə prosesinin növbəti iclası fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmov cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müraciət edən şəxslər arasında "körpü" rolunu oynayıb. Həmin şəxslər əlillik dərəcəsi, sosial müavinət və digər sosial təminatlar almaq məqsədilə onun vasitəsilə baş həkimə rüşvət veriblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 32.5 və 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri və digər maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyədək həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Tarix
2026.01.21 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla