Yuxarı

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Bildirilib ki, xüsusilə, 13 avqust 2026-cı il tarixində "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib:

"Bununla yanaşı, 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində Yutub platformasında, 16 avqust tarixində isə "Spas" telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb".

Qeyd edilib ki, Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

"Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb", - deyə XİN vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Baş prokurorluğu avqustun 17-də Rusiya vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.

Adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.

Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslər 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də Yutub platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər.

Tarix
2026.08.18 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla