Yuxarı

Oqtay Kaynarcadan Gəzi peşmançılığı - Tövbə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyoru Oktay Kaynarca Gəzi hadisələri ilə bağlı danışıb.

 

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, daha öncə Gəzi hadisələrində aktiv iştirakı ilə bağlı "Getdim, yenə də gedərəm" deyən Oktay Kaynarca indi fərqli mövqe ortaya qoyub.

 

O, Gəzi hadisələri haqda danışarkən xüsusilə sənətçiləri tənqid edən mövqe sərgiləyib. Daha öncə Gəzi etirazlarına getdiyini "Həyatın içində olmağı sevirəm, hər şeyi həyat kimi yaşayıram. Əlbəttə ki, getdim, yenə gedərəm", - sözləri ilə ifadə edən Kaynarca Gəzi hadisələrinə qoşulmağın doğru addım olmadığını, aktyorların və sənətçilərin bu hadisələri tənqid etməli olduqlarını bildirib.

 

"Sabah" qəzetinə açıqlama verən aktyor "Məndən soruşsanız, Gəzi başdan-ayağa bir səhv idi. Biz aktyorlar hadisələri sənətimizlə tənqid etməliyik, əks təqdirdə böyük planların kiçik marionetləri olarıq", – deyib.

 

"Mən də insanam, səhv edə bilərəm"

 

"Yazı dili ilə danışıq dili ayrıdır. Bəzən dostlarımızla danışmaq əvəzinə yazışırıq ha, əslində, o mesajlaşma nəticəsində bir çox şey yanlış başa düşülür. Dediyim və arxasında durduğum yanlış başa düşülsə belə, doğru şeylər varmı? Var. Yanlış yazdığım və yanlış atdığım addımlar varmı? Təbii ki, var. Mən insanam, səhv edə bilərəm. Dünən hansı mövqedə idimsə, bu gün də həmin yerdəyəm. Bəziləri mənim olduğum yerə sonradan gəlib. Onlar da insandır, onlar da səhv edə bilərlər".

 

Xatırladaq ki, ötən günlərdə "saxtakarlıq" ittihamı ilə 15 il həbsə məhkum edilməsi tələb olunan aktyor yeni çəkildiyi bir filmlə bağlı ondan alınan müsahibədə Gəzi hadisələrinə toxunaraq özünü müdafiə edib.

Tarix
2015.04.18 / 14:39
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla