Yuxarı

Elektromobillərə maraq niyə azalıb?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobillərə maraq niyə azalıb?

Elektrikli avtomobillərə hazırda maraq böyükdür. Amma elektrikdoldurma stansiyalarının sayının azlığı, bu sahədə peşəkar mütəxəssislərin çatışmazlığı müəyyən çətinliklər yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı elektrikli avtomobillərin gələcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, son dövrlər insanlar yaşadıqları evlərin həyətində və ya binalarda elektrikli avtomobillər üçün şarj imkanlarının yaradılmasını istəyirlər:

“Lakin bu da müəyyən problemlər yaradır. Məsələn, son vaxtlar bir binada baş verən yanğına elektrikli avtomobilin şarj edilməsinin səbəb ola biləcəyi barədə iddialar səsləndirildi.

Ümumilikdə, elektrikli avtomobillər hazırda avtomobil sənayesinin ən yeni mərhələsi hesab olunur. Ancaq gələcəkdə daha fərqli texnologiyalar da meydana çıxa bilər. Məsələn, hidrogenlə işləyən avtomobillərin geniş yayılması mümkündür”.

E.Muradlı qeyd edib ki, elektrikli avtomobillərə tələbat var və onların elektrik enerjisi ilə işləməsi əsas üstünlüklərindən biridir:

“Bununla yanaşı, batareyaların utilizasiyası kimi məsələlər hələ də tam həllini tapmayıb. İstehsal və satış artsa da, bu kimi yan prosesləri də nəzərdən qaçırmaq olmaz. Bu, ciddi yanaşma tələb edən mühüm məsələdir.

Son dövrlərdə elektrikli avtomobillərə maraq müəyyən qədər azalıb. Bunun əsas səbəbi isə bu ildən etibarən elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlərin ləğv edilməsidir. Gələcəkdə bu güzəştlər yenidən tətbiq olunarsa, bazarda daha əlçatan və münasib qiymətə elektrikli avtomobillərin sayının artacağını gözləmək olar”.

Tarix
2026.07.10 / 11:48
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla