Yuxarı

Telefon idxalına məhdudiyyət ləğv olunur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefon idxalına məhdudiyyət ləğv olunur

Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi təklif olunur.

Trend-in məlumatına görə, söhbət mobil telefonların dəyərindən və modelindən asılı olaraq rüsumun tətbiqindən gedir. Məsələn, Ayfon telefonuna olan rüsum nisbətən ucuz telefonun rüsumundan fərqlənəcək.

Verilən məlumata görə, bu məsələ hələ müzakirə olunur, konkret qərar qəbul olunmayıb.

Bazarda təqdim olunan mobil telefonların qiymətləri 50 manatdan 1400 manatadək dəyişir: "Təxmini qeyd edim ki, aşağı seqmentli telefonlar, məsələn, 50 manat dəyərində olan "Nokia 105" telefonuna 5 manat, bahalı mobil telefonlar - Ayfon-6 və Ayfon-7-yə isə müvafiq olaraq 80 və 50 manat rüsum tətbiq oluna bilər".

Həmçinin bu istiqamətdə yeni sayt yaradılması planlaşdırılır:

"Vətəndaş ölkəyə şəxsi istifadə üçün hər hansı bir telefonu gətirmək istəsə, mobil telefonun növünə uyğun qeyd olunmuş rüsumla həmin saytda tanış ola biləcək. Belə olanda ölkəyə heç bir məhdudiyyət olmadan, kim nə qədər istəsə, o qədər telefon gətirə biləcək".

Bildirilir ki, bütün bu tədbirlər ölkənin mobil telefon bazarının qorunması üçün nəzərdə tutulur. Nəticədə ölkəyə mobil telefon gətirən hər bir kəs sahibkarla eyni səviyyədə dayanacaq.

Tarix
2016.10.17 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla