Yeni Aston Martin Vanquish güclü performansı, ikonik duruşu,
tərzi və mükəmməl görünüşü ilə İstanbul avto şouda sərgilənir.
İngilis lyuks idman avtomobil istehsalçısı Aston Martinin yeni
admiral gəmisi, nəfəs kəsici super GT "Vanquish" modeli dizayn və
mühəndisliyin gəldiyi son nöqtə olaraq model yelpiyinin zirvəsində
yerləşir.
Aston Martin stendində sərgilənən ən əhəmiyyətli modellərdən
biri isə yeni Aston Martın DB9-dur. Yenilənən gövdəsiylə yeni DB9,
daha da elastik, axıcı və saf formada quruluş qazanır. Avtomobil,
Aston Martinin klassik GT siluetini qoruyaraq, aerodinamika
performansını daha da irəliyə aparan dizaynı diqqət çəkir.
Müqayisəyəgəlməz cazibəyə sahib yeni Aston Martin DB9, Coupe və
Volante variantları ilə təqdim ediləcək.
Aston Martin, Autoshow İstanbul 2012 sərgisində "Vantage"
seriyasını da avtomobil həvəskarlarına təqdim etdi. V8 Vantage
modelində edilən əhatəli yeniliklər ilə birlikdə güclənməyə davam
edən V8 Vantage ardıcıllığı artıq daha dinamik stilə sahibdir.
2008-ci ildən bu yana reallaşdırılan ən əhatəli təkmilləşdirmə
proqramı çərçivəsində, inkişaf etdirilmiş 4.7 litr həcmli V8
mühərriki və 420 at gücü ilə V8 Vantage bu il ilk dəfə V8 Vantage S
modelində görülən bir silsilə yenilik ilə təchiz edildi.