Yuxarı

Avtomobil bazarında son durum: qiymətlər qalxdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil bazarında son durum: qiymətlər qalxdı

Bakının avtomobil bazarlarında qiymət artımı müşahidə olunur. Qiyməti yüksələn avtomobillər xüsusilə Almaniya istehsalı olan maşınlardır.

Axar.az xəbər verir ki, qiymət artımı hər markadan olan avtomobillərdə müşahidə olunur. Bu səbəbdən də Bakının avtomobil bazarlarında durğunluq yaşanır. Satıcılar bildirir ki, avtomobillərin qiyməti hər gün artır. Belə ki, son 3 ayda hər bir avtomobilin qiymətində 1000-2000 manat artım qeydə alınıb.

Bazarda ən çox tələb isə mühərrik həcmi kiçik olan, yəni benzin az tələb edən avtomobillərədir. Bu tələb də məhz bu kateqoriyadan olan avtomobillərin qiymətini artırır.

Məlumata görə, alıcılar indi daha çox ehtiyat hissələri ucuz olan avtomobil almağa üstünlük verir. Almaniya istehsalı olan avtomobillərə tələbat çox olduğu üçün bu maşınların da qiyməti qalxıb.

Rusiya istehsalı olan kondisionersiz avtomobillərin də qiyməti bahalaşıb.

Satıcıların sözlərinə görə, payıza doğru bazarda canlanma olmasına baxmayaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir.

Tarix
2019.08.19 / 21:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla