Yuxarı

Plyonka dərdi başladı: cərimə yazılacaq – MM-ə çağırış

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Plyonka dərdi başladı: cərimə yazılacaq – MM-ə çağırış

Bu problemə ancaq parlament son qoya bilər. Millət vəkillərimizə səslənərək bildirmək istəyirəm ki, sürücülərin çaşqınlığına səbəb olan plyonka, jalüz, pərdə ilə bağlı məsələni müzakirəyə çıxarsınlar.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı ötən ildən avtomobillərin arxa yan şüşələrinə vurulan plyonka, jalüz, pərdə ilə bağlı yaşanan qeyri-müəyyənliklə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, hələ də sürücülərə tam aydın olmayan məsələlər var:

“Dövlət Yol Polisi keçən il açıqlama verdi ki, Yol hərəkəti haqqında Qanunda dəyişiklik edilənədək nəqliyyat vasitəsinin arxa yan şüşələrini tündləşdirməyə görə cərimə yazılmayacaq. Bu məsələdə biz Avropa İqtisadi Komissiyasının 42 saylı qərarını önə çəkdik ki, dünyada arxa şüşəni tündləşdirməyə görə cərimə yoxdur. Çünki bunun sürücüyə ziyanı olmur və təhlükəsizlik baxımından ciddi məsələ deyil. Odur ki, bizdə də qanuna dəyişiklik edib bu qadağanı aradan qaldırmaq lazımdır. Bu gün isə DYP deyir ki, 6 aydır Milli Məclis qanuna dəyişiklik etməyib. Yəni bu qədər gözləyiblər, amma parlament qanuna dəyişiklik etmir. Buna görə də deputatlardan xahiş edirəm ki, bu məsələni gündəmə gətirib qanuna dəyişikliyi təsdiq etsinlər”.

E.Muradlı deyib ki, Milli Məclis qanunu təsdiq etməsə, mayın 1-dən yol polisi minlərlə sürücüyə 150 manat cərimə yazacaq:

“Soruşanda da deyəcəklər ki, parlament qanuna dəyişiklik etmir, biz də mövcud qanunu icra edirik. Məndə olan məlumata görə, Prezident Administrasiyasından plyonka ilə bağlı qanun layihəsi ötən il parlament buraxılmazdan bir ay öncə Milli Məclisə göndərilib. Həmin layihəni müzakirəyə çıxarmaq lazımdır”.

Tarix
2020.04.28 / 13:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla