Yuxarı

Bakıda ölüm saçan avtoxuliqanlar - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecənin qaranlığı Bakıya düşən kimi qayda-qanunları tapdalayanlar da düşürlər ortaya. Sanki qaranlıq onların əməllərini də görünməz edəcək.

Sosial şəbəkələrdə yayılan bir video xeyli danışıldı. Gənclər maşını elə sürür ki, sanki şəhər içində deyil, hansısa ralli yarışındadır və finiş xəttinə tələsir. Müxtəlif qəza vəziyyətləri yaratmaqlarına baxmayaraq bu təhlükəli şou onlar üçün sadəcə əyləncədir.

Bir məqamda yoldakı maşınlardan birinin yan güzgüsünü sıradan çıxarırlar və tez elin sözü olmasın "yollarını dəyişib "aradan çıxırlar".

Bizim şəbəkəçilər də qaza basdılar və ürəklərini şərhlərə boşaltdılar. Onlarıdan bir neçəsini sizə təqdim edirik.

İlahi Nazimoğlu: "Bu cür sürməklə bir gün əzrayıla qonaq olacaqlar".

Nizami Əkbərov: "Sonra da işıq dirəyinə girəndə az qala desinlər ki, mən dayanmışdım, dirək özü gəlib dəydi".

Rusif Abdullayev: "Nə qədər ki, avtoşlar üçün xüsusi yer ayrılmayacaq, bu məsələ həll olunmayacaq".

Vüsal Muradov: "Bərk sürəndə şir kimi olurlar, qəza edəndə pişik kimi".

Beləcə gənclər yarı satirik, yarı ciddi formada bu dəliqanlı sürücüləri qınadılar. Amma onları dəstəkləyənlər də oldu. Ümumilikdə ictimai qınağın olması yaxşıdır ki, bəlkə utanıb sürəti azaltdılar.

Tarix
2015.03.22 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla